Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub -MN

0 5

Bakı. Trend:

İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan
silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər
rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən
mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel
yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini
iri çaplı atıcı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bölmələrimiz tərəfindən
adekvat cavab tədbirləri görülüb.

Leave A Reply

Your email address will not be published.