Kəlbəcər rayonu istiqamətində mövqelərimiz yenidən atəşə tutulub — MN

0 2

Bakı. Trend:

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz yenidən atəşə
tutulub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, İyunun 19-u günorta
saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət
sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun
Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper
tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Leave A Reply

Your email address will not be published.