Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərə baxış keçirilib (FOTO/VİDEO)

0 3

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan
Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara
cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş
hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər
davam etdirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Müdafiə naziri
general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti
Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərdə görülən
işlərlə tanış olublar.

Məruzə olunub ki, azad olunmuş rayonlarda hərbi polisin xidməti
fəaliyyətinin yüksək səviyyədə təşkili üçün yataqxana və xidməti
otaqlar, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi, eləcə də
digər infrastruktur obyektlərinin tikilməsi və müasir
avadanlıqlarla təchiz olunması nəzərdə tutulub.

Sonra general-polkovnik Z.Həsənov tikintisi davam edən
maddi-texniki təminat anbarlarına baxış keçirib. Bildirilib ki,
iqlim və relyefdən asılı olmayaraq qoşunların fasiləsiz və
dayanıqlı fəaliyyətini təşkil etmək məqsədilə müasir tələblər
nəzərə alınaraq inşa edilən anbarlar vasitəsilə bölmələr
silah-sursat, yanacaq-sürtkü materialları, həmçinin digər zəruri
ehtiyat hissələri və avadanlıqlarla mərkəzləşdirilmiş qaydada təmin
ediləcək.

Tikinti işlərinin gedişatını yoxlayan müdafiə naziri
təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, inşaatın keyfiyyətli
aparılması və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti üzrə
müvafiq tapşırıqlarını verib.

Leave A Reply

Your email address will not be published.