Kanadada naməlum şəxsin açdığı atəş nəticəsində ölən və yaralanan var

0 6

Bakı. Trend:

Kanadanın Toronto şəhərində naməlum şəxsin açdığı atəş
nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Trend xəbər
verir ki, bu barədə yerli “CTV” telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə şəhərin qərbində baş verib. Polisə daxil
omuş məlumat əsasında, müvafiq qrup insidentin baş verdiyi əraziyə
gəlib.

Onlar yaralı vəziyyətdə olan iki nəfəri aşkar ediblər. Onlardan
biri aldığı güllə yaralarından sonradan hadisə yerində keçinib.

Digər yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxsi müəyyən edilərək tutulması istiqamətində
müvafiq tədbirlər görülür.

Leave A Reply

Your email address will not be published.