Kanadada üç ildən sonra ilk dəfə “Formula 1” yarışları keçiriləcək

0 9

Bakı. Trend:

Cümə günü “Formula 1” üzrə 2022-ci il dünya çempionatının
doqquzuncu mərhələsi olan Kanada Qran Prisi start götürəcək.

Trend “TASS”a
istinadla xəbər verir ki, yarış Gilles Villeneuve adına avtodromda
keçiriləcək.

Xatırladaq ki, “Formula 1” üzrə 2022-ci il dünya çempionatının
8-ci etapı Bakıda baş tutub. Gərgin mübarizə şəraitində keçən
yarışda Qran Prinin qalibi “Red Bull” komandasından Maks Verstappen
olub. İkinci yerdə onun komanda yoldaşı Serxio Peres, üçüncü yerdə
isə “Mercedes” komandasının pilotu Corc Russell qərarlaşıb.

Leave A Reply

Your email address will not be published.