KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək davam edir (FOTO)

0 6

Bakı. Trend:

Mikro və kiçik sahibkarların məhsullarının tanıdılmasına və
satış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi davam
etdirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmin
etdiyi dəstəklə daha 16 KOB subyetki “Baku Crystal Hall”da
keçirilən “Partners and Business” Baku 2022 – yerli şirkətlərin
tanıtım sərgisində məhsul və xidmətlərini geniş istehlakçı
auditoriyasına təqdim edir. KOBİA-nın xüsusi stendində Agentliyin
sərgilərə çıxışa dəstək mexanizmi çərçivəsində KOB-ların sənaye,
qida, inşaat və digər sahələrdə məhsul və xidmətləri
sərgilənir.

Hazırda KOBİA KOB-ların satış imkanlarının genişləndirilməsinə
və yerli məhsulların tandılımasına dəstək məqsədilə ödənişsiz
olaraq KOB-ların yerli və xarici ölkələrdə keçirilən sərgilərdə
iştirakına, ticarət şəbəkələrinə çıxışına dəstək göstərir. KOB-lar
kobmarket.az onlayn ticarət portalının imkanlarından da istifadə
edə bilərlər.

Qeyd edək ki, “Partners and Business” Baku 2022 – yerli
şirkətlərin tanıtım sərgisi Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Marsol”
MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə
keçirilir. Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil,
inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən
200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri təqdim olunur.
Sərgi iyunun 18-dək davam edəcəkdir.

Leave A Reply

Your email address will not be published.