Kütləvi kiber cinayətlər törətməkdə şübhəli bilinən şəxs saxlanılıb (FOTO/VİDEO)

0 8

Bakı. Trend:

Sosial şəbəkə seqmentlərində “yüksək faizli qazanc”, “kreditə
pul verilir” adı altında kütləvi kiber cinayət əməllərini
törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.

Trend xəbər verir ki, DİN-nin
Kiber Talamalara Qarşı Əks Tədbirlər qurumu əməkdaşlarının
paytaxtda keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirləri
ilə 2004-cü il təvəllüdlü Rüfət Babayev ifşa olunaraq istintaqa
təqdim olunub.

R.Babayevin əməlləridən 100-dən artıq vətəndaşın zərər çəkdiyi
məlum olub. Ödənişlər onlayn formada, bank köçürmə yolu ilə təşkil
olunub.

Bu şəxsin əməlindən zərərçəkən vətəndaşlardan DİN-nin 102 Zəng
Mərkəzinə və ya Bakı şəhər Baş Polis İdarəsinə məlumat vermələri
xahiş olunur.

Leave A Reply

Your email address will not be published.