Lerikdə axtarışda olan şəxs polisə xəsarət yetirdi

0 5

Bakı. Trend:

Lerik rayonunda axtarışda olan şəxs yaxalanarkən polisə xəsarət
yetirib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
bölmə rəisi Zeyni Hüseynov deyib.

O bildirib ki, iyunun 17-də saat 12 radələrində Lerik rayonunun
Zərdəbərə kəndində cinayət məcəlləsinin 128-ci maddəsi ilə
axtarışda olan kənd sakini Vaqif Əliyev polis əməkdaşları
tərəfindən saxlanılarkən o və yanında olan oğlu Ruslan tabesizlik
göstərib, yaba ilə onlardan birinə xəsarət yetiriblər.

Buna baxmayaraq polis əməkdaşları tərəfindən V.Əliyev
saxlanılıb, oğlu Ruslan hadisə yerindən qaçsa da tutulması təmin
edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işi başlanılıb, istintaq aparılır.

Leave A Reply

Your email address will not be published.