Bakı. Trend:
Böyük Britaniyanın paytaxtı Londonda nümayişlər keçirilib.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, nümayişlərin keçilmə səbəbi kimi
ölkədəki inflyasiyanın 9 faizə çatması göstərilir. Qiymət artımına
qarşı nümayişlərdə iştirak edən nümayişçilər kilometrlərlə yol qət
edərək Parlament Meydanına çatıblar.
Onlar ən əsası tələb — “maaşları artırın, ödənişləri azaldın”
tələblərini irəli sürüblər.