Məişət tullantılarının yandırılmasından alınan elektrik enerjisinin həcmi açıqlanıb

0 5

Bakı. Trend:

Bu ilin 5 ayında Bərk Məişət Tullantılarının Yandırılması
Zavodunda (BMTZ) isə 96,7 mln. kVt·st elektrik enerjisi istehsal
edilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, 2022-ci
ilin may ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı
2004,0 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə istehsalın 23,9 mln. kVt·st, yaxud 1,2 % artması
deməkdir.

May ayında elektrik enerjisinin idxalı 19,8 mln. kVt·st olmaqla
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 mln. kVt·st azalıb,
ixrac isə 19,9 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə
nisbətən 4,0 mln. kVt·st artıb.

Ümumilikdə 2022-ci ilin yanvar-may aylarında respublika üzrə
elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə
316,2 mln.kVt·st, yəni 2,9 % artaraq 11 244,2 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin
istehsalı İES-lərdə 198,2 mln. kVt·st artaraq 10 313,3 mln. kVt·st,
SES-lərdə 109,6 mln. kVt·st artaraq 768,7 mln. kVt·st, digər
mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 mln. kVt·st artaraq 162,2
mln. kVt·st olub. Külək elektrik stansiyalarında 41,1 mln. kVt·st,
günəş elektrik stansiyalarında 24,4 mln. kVt·st, Bərk Məişət
Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 96,7 mln. kVt·st
elektrik enerjisi istehsal edilib.

5 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 10
116,6 mln. kVts (İES-lərdə 9400,4 mln. kVt·st, SES-lərdə 716,2
mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 162,8 mln.
kV·ts (İES-lərdə 94,2 mln. kVt·st, SES-lərdə 46,1 mln. kVt·st,
GES-də 22,5 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik
stansiyalarında 27,2 mln. kVt·st, müstəqil elektrik stansiyaları
üzrə 937,6 mln. kVt·st təşkil edib.

2022-ci ilin yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı
538,4 mln. kVt·st, idxalı isə 60,5 mln. kVt·st olub.

Leave A Reply

Your email address will not be published.