Maks Ferstappen “Formula 1” Kanada Qran Prisinin qalibi olub

0 4

Bakı. Trend:

“Red Bull” komandasının Hollandiyalı pilotu Maks Ferstappen
“Formula 1” üzrə dünya çempionatının 9-cu mərhələsi olan Kanada
Qran Prisinin qalibi olub.

Trend xəbər
verir ki, ikinci yeri “Ferrari” komandasının ispaniyalı pilotu
Karlos Sayns, üçüncü yeri isə yeddiqat dünya çempionu “Mercedes”
komandasının britaniyalı pilotu Lyuis Həmilton tutub. O, bu mövsüm
ikinci dəfə ilk üçlükdə qərarlaşıb, bundan əvvəl britaniyalı
çempionatın birinci mərhələsi Bəhreyn Qran Prisində üçüncü
olmuşdur.

“Red Bull”-un digər pilotu, meksikalı Serxio Peres texniki
nasazlıq səbəbindən yarışı tərk edib.

Beləliklə, Ferstappen 175 xalla çempionat cədvəlindəki
liderliyini möhkəmləndirib. İkinci sırada S. Peres (129), üçüncü
yerdə isə “Ferrari” komandasının pilotu monakolu Şarl Lekler (126)
qərarlaşıb.

Yarışın növbəti mərhələsi iyulun 1-dən 3-dək Böyük Britaniyada
keçiriləcək.

Leave A Reply

Your email address will not be published.