Meksikada avtoqəzada azı 13 nəfər ölüb, 8 nəfər yaralanıb

0 9

Bakı. Trend:

Meksikanın Mexiko ştatında mikroavtobusun qəzaya uğraması
nəticəsində azı 13 nəfər ölüb, 8 nəfər yaralanıb.

Trend “TASS”a
istinadla xəbər verir ki, bu barədə Federal Yollar və Körpülər
İdarəsi bildirib.

Məlumata görə, avtomobil paytaxt Mexikonu və Queretaro şəhərini
birləşdirən magistral yoldan çıxıb və ağaca çırpılıb.

Həkim və xilasedicilərdən ibarət briqadalar zərərçəkmişlərə
ilkin tibbi yardım göstərib, sonradan xəstəxanalara çatdırılıblar.
Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın səbəbləri ilə bağlı məlumat açıqlanmayıb. Yerli
prokurorluq orqanları əməkdaşları faciənin başvermə səbəblərini
araşdırır.

Leave A Reply

Your email address will not be published.