Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib (FOTO)

0 2

Bakı. Trend:

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın
müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin
ildönümündə hərbi qulluqçular igidimizin məzarını ziyarət edib,
üzərinə gül dəstələri düzüblər.

Müdafiə Nazirliyindən Trend
verilən məlumata görə, anım mərasimində çıxış edənlər Azərbaycanın
tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Milli
Qəhrəmanın göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar. Vətən
yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan
qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu
diqqətə çatdırılıb.

Mübariz İbrahimovun göstərdiyi rəşadətin Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi xüsusi
vurğulanıb.

Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş
bütün şəhidlərin xatirələri sükutla yad edilib, məzarları üzərinə
tər güllər düzülüb.

Leave A Reply

Your email address will not be published.