“Min bir gecə” Sofiya Opera və Balet Teatrında

0 7

Bakı. Trend:

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın
Bolqarıstandakı səfirliyinin dəstəyi ilə Sofiya Opera və Balet
Teatrında Azərbaycanın böyük bəstəkarı Fikrət Əmirovun 100 illik
yubileyi münasibətilə “Min bir gecə” baleti uğurla səhnələşdirilib.
Baletin qala gecəsi Azərbaycan Respublikasının Müstəqillik Günü və
Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyinə həsr edilib.

Qalada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov,
Bolqarıstanın xarici işlər naziri Teodora Gençovska, Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva,
TÜRKPA-nın Baş Katibi Mehmet Süreyya Er, Bolqarıstan rəsmiləri,
diplomatik korpusun nümayəndələri, çoxsaylı qonaqlar iştirak
ediblər.

Gecənin açılışında çıxış edən Azərbaycanın xarici işlər naziri
Ceyhun Bayramov müsəlman Şərqində ilk demokratik respublikanın
1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti olduğunu
bildirib. Nazir çıxışında 1991-ci ildə müstəqilliyini bərpa edən
Azərbaycanın, üç onillik ərzində böyük inkişaf yolu keçdiyini qeyd
edib. Ceyhun Bayramov, Azərbaycanın multikulturalizm ənənələrinə
hər zaman sadiq olduğunu vurğulayaraq, Fİkrət Əmirovun “Min bir
gecə” baletinin Bolqarıstanda səhnələşidirilməsini də bunun bir
nümunəsi kimi qiymətləndirib.

Bolqarıstanın xarici işlər naziri Teodora Gençovska Azərbaycanı
Müstəqillik Günü və diplomatik əlaqələrin qurulmasının 30 illiyi
münasibətilə təbrik edib. Nazir balet qala gecəsinin təşkilini
mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafına verilən
önəmli töhfə kimi dəyərləndirib.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun
prezidenti Günay Əfəndiyeva, bu il 100 illik yubileyi qeyd olunan
Fikrət Əmirovun yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının
dahi bəstəkarı olduğunu vurğulayıb. Fondun prezidenti “Min Bir
Gecə” baletinin nümayişi ilə eyni zamanda Türk Dünyası, ərəb və
Avropa mədəniyyətlərinin qovuşduğunu, musiqinin diliylə
birləşdiyini qeyd edib. Günay Əfəndiyeva Bolqarıstanda digər
layihələrə imza atan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun
məqsədinin Türk Dünyasının zəngin mədəni irsini beynəlxalq miqyasda
təbliğ etmək və müxtəlif sivilzasiyaları bir araya gətirmək
olduğunu bildirib.

Qeyd edilməlidir ki, Fİkrət Əmirovun “Min bir gecə” baleti
Bolqarıstanda səhnəyə qoyularaq, Sofiya Opera və Balet Teatrının
repertuarına daxil edilib. Baletin musiqi rəhbəri və dirijoru
Azərbaycanın əməkdar artisti Eyyub Quliyev, xoreoqrafiya quruluşunu
verən dünyaca məşhur baletmeyster Eldar Əliyevdir. Tar partiyasını
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramin
Əzimov ifa edib. 5 gün ərzində böyük uğurla keçən tamaşa
izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Leave A Reply

Your email address will not be published.