Mingəçevirdə narkotikin təsiri altında avtomobildən idarə edən sürücü saxlanılıb (FOTO)

0 2

Bakı. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin
təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan Trend
verilən məlumata görə, “VAZ-21144” markalı avtomobilin sürücüsü,
şəhər sakini Rəvan Şükürlü təhlükəsizlik kəmərindən istifadə
etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi
verilib. Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə
dair şübhələr yarandığından həmin şəxsin müvafiq tibbi müayinədən
keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən sürücünün
marixuana istifadə etdiyi məlum olub.

Polis şöbəsində toplanan materiallar şəhər məhkəməsinə
göndərilib və məhkəmənin də qərarı ilə R.Şükürlü barəsində
qanunamüvafiq tədbir görülüb.

Leave A Reply

Your email address will not be published.