Musson yağışları nəticəsində Hindistan və Banqladeşdə onlarla insan həyatını itirib

0 7

Bakı. Trend:

Mövsümi xarakter daşıyan musson yağışları Hindistan və
Banqladeşdə insan tələfatına səbəb olub.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, Banqladeşdə həftəsonu ildırım
vurması və torpaq sürüşməsi nəticəsində azı 25 nəfər həlak olub.
Qeyd olunur ki, ölkənin yeni tarixinin ən güclü musson
daşqınlarından zərər çəkmiş şimal-şərq bölgələrində milyonlarla
insan evsiz qalıb.

Qonşu Hindistanın Assam əyalətində musson yağışları nəticəsində
meydana gələn daşqınlar zamanı azı 17 nəfər həlak olub.

Bildirilir ki, Banqladeşin bir çox çayları təhlükəli səviyyəyə
qalxıb və bu vəziyyəti Hindistan ərazisində yerləşən dağlarından
gələn sel suları daha da ağırlaşdırıb.

Axtarış-xilasetmə işlərinə kömək etmək üçün minlərlə polis,
hərbçi ölkənin təbii fəlakətdən zərər görmüş bölgələrinə
göndərilib. İndiyədək 105 minə yaxın insan təxliyə edilib, lakin
polis rəsmiləri dörd milyondan çox insanın hələ də köməksiz
vəziyyətdə olduğunu təxmin edir.

Regional rəsmilər təxminən 3,1 milyon insanın evsiz qaldığını,
onlardan 200 min nəfərin müvəqqəti sığınacaqlarda qaldığını
söyləyib.

Banqladeş və Hindistanda son illərdə artan ekstremal hava
şəraiti böyük miqyaslı dağıntılara səbəb olub.

Ekoloqlar xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi xüsusilə
əhalinin sıx məskunlaşdığı Banqladeşdə daha çox fəlakətlərə səbəb
ola bilər.

Leave A Reply

Your email address will not be published.