“National Geographic” jurnalı Azərbaycanın milli mətbəxi barədə reportaj hazırlayıb

0 2

Bakı. Trend:

“National Geographic” jurnalı Azərbaycanın milli mətbəxinə həsr
olunmuş reportaj hazırlayıb.

Trend-in
məlumatına görə, məqalədə qeyd olunur ki, ölkənin kulinariya
adətləri paytaxt Bakıda cəmlənir, burada bərpa olunmuş
karvansaraylarda dəbdəbəli restoranlar yerləşir. Eyni zamanda
bölgələr boyunca səyahət milli mətbəxin rəngarəngliyini üzə
çıxarır.

Reportajda həmçinin vurğulanır ki, Azərbaycan süfrəsi müxtəlif
yeməklərin rəngarəng qarışığıdır.

«Azərbaycanın doqquz iqlim qurşağı insanları çoxlu təzə
məhsullar, o cümlədən şaftalı, nar, alma, əncir, zəfəran və şirin
bibərlə təmin edir. Azərbaycan mətbəxinin şahı olan zəfəranla
dəmlənmiş plov hər məclisin yaraşığıdır. Bununla bərabər şiş
kababları, dolma və soyuq salatlar da təqdim edilir. Bunları çox
vaxt bir stəkan Azərbaycan şərabı və ya şərbəti, limon, şəkər,
zəfəran və təzə meyvələrdən hazırlanmış təravətləndirici
sərinləşdirici içki müşayiət edir. Məclislər ənənəvi olaraq bir
dilim limonla içilən və armudu stəkanlarda təqdim edilən çayla
tamamlanır. Xəzər dənizi isə ölkəni müxtəlif dəniz məhsulları ilə
təmin edir», — məqalədə deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.