Bakı. Trend:
«Netflix» video servisi Rusiya ərazisində xidmətini
dayandırdığını təsdiq edib.
Trend-in məlumatına görə, bu barədə şirkətin açıqlamasında
deyilir.
Qeyd olunur ki, servisin işinin dayandırılması «Rusiya bazarını
tərk etmə tədbirləri» ilə əlaqədardır.
«Netflix» Rusiyanı martın 6-da tərk etdiyini açıqlasa da,
abunəçilərin son ödəniş dövrünün başa çatmasınadək ölkədə yayımı
davam etdirib.
Mayın 27-də Rusiyada istifadəçilər «Netflix»in işə düşmədiyini
bildiriblər.