Oxu.az — ABŞ-da çılpaq kişinin polis maşını üzərində rəqsi gündəm oldu

0 3

ABŞ-da polis maşını üzərində rəqs edən çılpaq kişi ilə bağlı video sosial şəbəkələrdə gündəmə çevrilib.

Hadisə Hollivudda, Şöhrət xiyabanında qeydə alınıb.

Los-Anceles Polis Departamentinin bildirdiyinə görə, bir müddət sonra kişini dilə tutub, maşının üzərindən təhlükəsiz şəkildə düşməsinə nail olublar.

Bundan sonra o, saxlanılıb. Kişiyə qarşı avtomobilə dəyən zərərlə əlaqədar ittiham irəli sürüləcəyi gözlənilir.

Onun hansı səbəbdən bu addımı atdığını müəyyən etmək mümkün olmayıb.

Mənbə: Fox11

Leave A Reply

Your email address will not be published.