Qarabağda bərpa işlərinin sürətinə heyranıq – amerikalı səyyah (FOTO)

0 3

Bakı. Trend:

Qarabağda bərpa işlərinin sürətinə heyranıq.

Trend-in
məlumatına görə, bunu San-Fransiskodan olan səyyah Çarlz Villi
şənbə günü mətbuat konfransı zamanı jurnalistlərin suallarını
cavablandırarkən deyib.

O qeyd edib ki, Azərbaycan Qarabağın tarixi və orada baş vermiş
hadisələr haqqında daha çox məlumat verməlidir.

“Bu gün Azərbaycan dağıntıları, eləcə də bərpa prosesinin
gedişini göstərmək üçün daha çox ziyarətçi cəlb etməlidir”, – Çarlz
Villi bildirib.

Onun sözlərinə görə, Qarabağda infrastrukturun bərpası sürəti
insanı heyrətə gətirir.

“Bütün şəhərlərin yer üzündən silinməsi dəhşətlidir. Eyni
zamanda, infrastruktur obyektlərinin bərpası sürəti bizi heyrətə
gətirdi”, – deyən San-Fransiskodan olan səyahətçi Zəngilan və
Laçında tikilməkdə olan hava limanlarını da qeyd etdi.

Digər qonaqlar da bərpa işlərinin heyrətamiz nəticələrinə,
Qarabağın bənzərsiz təbiətinə heyran qaldıqlarını bildirib, bu
bölgəyə yenidən səfər etmək ümidində olduqlarını qeyd ediblər.

Xatırladaq ki, dünyanın 10 ölkəsindən 24 beynəlxalq səyahətçidən
ibarət qrup Qarabağ şəhərlərinə üç günlük səyahət edib. Qonaqlar
Xocavənd rayonundakı Azıx mağarasında, Şuşada, Ağdamda, Kəlbəcərdə,
Laçında olub, səyahətlərini Zəngilanda başa vurublar.

Leave A Reply

Your email address will not be published.