Qarabağda insanlar üçün yaradılan imkanlar heyranlıq doğurur — Kaliforniyalı səyahətçi

0 2

Zəngilan. Trend:

Qarabağda insanlar üçün yaradılan imkanlar heyranlıq
doğurur.

Bunu Trend-ə ABŞ-nin Kaliforniya ştatından olan
səyahətçi Rendi Lyuis bir qrup beynəlxalq səyahətçinin Qarabağa
səfəri zamanı deyib.

«Şuşa şəhərini görmək həqiqətən də çox heyranedici idi.
Şəhərdəki dağıntılar sarsıdıcıdır. Amma mənim gözümə ilk dəyən
oradakı tikinti işlərinin həcmidir. Biz insanlar üçün gələcək
imkanları gördük», — deyə o bildirib.

Onun sözlərinə görə, «ağıllı kənd» konsepsiyası da onun marağına
səbəb olub.

«Bu, məcburi köçkünlər üçün imkanlar baxımından məni ən çox
məmnun edən məqam oldu», — səyahətçi deyib.

R.Lyuis əlavə edib ki, o, Azərbaycana ilk dəfədir səfər edir və
Qarabağa səyahət onun üçün gözəl təcrübədir.

Qeyd edək ki, bir qrup beynəlxalq səyahətçi erməni işğalından
azad edilmiş Zəngilanın Ağalı “ağıllı kəndi”ndə olub. 10 ölkədən 24
səyahətçi və blogerdən ibarət qrup Ağalı kəndində “ağıllı həllər”lə
tanış olublar.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.