Qarabağın populyar turizm istiqamətinə çevrilməsi üçün böyük potensialı var — Amerikalı səyahətçi

0 2

Zəngilan. Trend:

Qarabağın populyar turizm istiqamətinə çevrilməsi üçün böyük
potensialı var.

Bunu Trend
ABŞ-ın Florida ştatından olan səyahətçi Luiza Yu bir qrup
beynəlxalq səyahətçinin Qarabağa səfəri zamanı deyib.

«Biz artıq üç gündür ki, Qarabağdayıq və mən buradakı mənzərədən
heyranlıq duyuram. Təbiət çox heyrətamizdir. Məni ən çox Azıx
mağarası və buranın təbiəti heyrətləndirib», — deyə o bildirib.

Onun sözlərinə görə, Qarabağın turizm məkanına çevrilməsi üçün
vaxt tələb olunacaq, amma onun böyük potensialı var.

«Azərbaycanın burada reallaşdırdığı təşəbbüslər çox vacibdir.
Məsələn, cəmi bir il ərzində reallaşdırılmış «ağıllı kənd»
layihəsi», — L.Yu deyib.

Qeyd edək ki, bir qrup beynəlxalq səyahətçi erməni işğalından
azad edilmiş Zəngilanın Ağalı “ağıllı kəndi”ndə olub. 10 ölkədən 24
səyahətçi və blogerdən ibarət qrup Ağalı kəndində “ağıllı həllər”lə
tanış olublar.

Leave A Reply

Your email address will not be published.