Qazaxıstan Prezidenti İrana səfər edib

0 3

Tehran, 19 iyun AZƏRTAC

Bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İbrahim Rəisinin dəvəti ilə İrana rəsmi səfərə gəlib.

AZƏRTAC İranın Prezident Administrasiyasının açıqlamasına istinadla xəbər verir ki, səfər çərçivəsində prezidentlərin görüşü ilə yanaşı, Kasım-Jomart Tokayevin İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi ilə də görüşü nəzərdə tutulub.

Eyni zamanda, İran ilə Qazaxıstan arasında tranzit, ticarət, nəqliyyat, kənd təsərrüfatı, neft-qaz, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlər imzalanacaq.

Prezidentlərin görüşündə regional təhlükəsizlik məsələsi də müzakirə mövzusu olacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.