Qlobal Bakı Forumu qlobal miqyas alır – Bosniya və Herseqovinanın sabiq prezidenti

0 9

Bakı. Trend:

Qlobal Bakı Forumu qlobal miqyaslı tədbir olmağa başlayır.

Bu barədə Trend
Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç “Qlobal
dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu
kuluarında deyib.

“Mən artıq yeddinci dəfədir ki, Qlobal Bakı Forumunda iştirak
edirəm və deyə bilərəm ki, onun əhəmiyyəti ildən-ilə artır. Forum
təkcə regionda deyil, bütün dünyada ən mühüm platformalardan birinə
çevrilir. Bu möhtəşəm tədbirin bir hissəsi olmaqdan qürur duyuram”,
deyə M.İvaniç bildirib.

O qeyd edib ki, Qlobal Bakı Forumu kimi platforma dünya
birliyinin aktual problemlərindən dürüst danışmaq, müxtəlif
fikirlər söyləmək imkanı verir ki, bu, sabiq prezidentin sözkərinə
görə, bu gün üçün nadir fürsətdir:

“Azərbaycanın özü qlobal miqyasda getdikcə daha çox əhəmiyyət
kəsb edir”.

Leave A Reply

Your email address will not be published.