Qubadlıda yabanı halda bitmiş 4 tondan artıq çətənə kolu aşkar edilib (FOTO/VİDEO)

0 3

Bakı. Trend:

Qubadlı Rayon Polis Şöbəsin, Dövlət Sərhəd Xidmətinin və
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmakdaşlarının birgə
keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş
narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional
qrupundan Trend-ə verilən məlumata görə, tədbir zamanı rayonun
işğaldan azad edilmiş Muradxanlı kəndinin ərazisində yabanı halda
bitmiş çəkisi 4 tondan artıq olan 16 403 ədəd çətənə kolu
yandırılaraq məhv edilib.

Leave A Reply

Your email address will not be published.