Rusiyadan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb

0 2

Bakı. Trend:

Rusiyadan Azərbaycana qanunsuz dərman preparatlarının
keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən xəbərə görə, Şimal Ərazi
Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan
məlumat əsasında Rusiya Federasiyası istiqamətindən «Samur» gömrük
postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan
Respublikası vətəndaşının idarə etdiyi «DAF” markalı yük nəqliyyat
vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobilin müxtəlif saxlanc yerlərində gömrük
nəzarətinə bəyan edilməyən 1200 ampul dərman preparatları aşkar
edilib.

Faktla bağlı araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.