Səfirlik Rusiyanın keçmiş dövlət katibinin Bakıda vəfat etdiyini təsdiqləyib

0 4

Bakı. Trend:

Rusiyanın Azərbaycandakı səfirliyi ölkənin keçmiş dövlət katibi
Gennadi Burbulisin Bakıda vəfat etməsi ilə bağlı məlumatı
təsdiqləyib.

«Bizim konsulluq əməkdaşlarımız lazımi köməkliyi göstərir», —
səfirlikdən Trend-ə bildirilib.

Qeyd edək ki, Rusiyanın keçmiş dövlət katibi, baş nazirin keçmiş
birinci müavini və iki çağırış Dövlət Dumasının üzvü olmuş Gennadi
Burbulis 77 yaşında Bakıda vəfat edib. Onun dəfnin vaxtı və yeri
hələlik açıqlanmayıb.

Leave A Reply

Your email address will not be published.