Şəhid yadigarlarını lentə alan sənədli film təqdim olunub

0 4

Bakı. Trend:

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə ataları Vətən
müharibəsində şəhid olandan sonra dünyaya gələn uşaqlarla bağlı
sənədli film hazırlanıb. “Sonbeşiklər” adlı filmdə atalarının
şəhidliyindən sonra doğulan 102 uşaqdan 13-ü lentə alınıb.
“Qafqazinfo” və “Nar”ın dəstəyilə hazırlanan filmin məqsədi
torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizi
ehtiramla yad etmək, onların yadigarlarını cəmiyyətə tanıtmaqdır.
Filmi izləmək üçün bu
səhifəyə
daxil ola bilərsiniz.

Xatırladaq ki, “Nar” şəhid ailələrinə dəstək məqsədilə Vətən
müharibəsi dövründə və ondan sonra da bir sıra mühüm sosial
əhəmiyyəti olan layihələr həyata keçirib. Belə ki, mobil operator
“Gələcəyini Qur!” layihəsi ilə əməkdaşlıq çərçivəsində Qarabağ
müharibəsi veteranları və hərbçi ailələrindən 10 məktəblinin
universitet hazırlığı xərclərini öz üzərinə götürüb, eyni zamanda
şəhid ailələrindən olan tələbələrə dəstək olmaq üçün NDU ilə birgə
təqaüd proqramı həyata keçirir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci
ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə
verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə
lider mobil operatordur.

Leave A Reply

Your email address will not be published.