Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib (FOTO/VİDEO)

0 5

Bakı. Trend:

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda
edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım tədbirləri
keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Vətən müharibəsi
şəhidləri Elvin Şükürlü, Sadiq Nəcəfli və Namaz Allahverdiyevin
xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və
ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları,
eləcə də döyüş yoldaşları iştirak ediblər.

Mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər
Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü
uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin
rəhbərliyi ilə başa çatan Vətən müharibəsindən, şəhidlərimizin
şərəfli ömür və döyüş yolundan bəhs olunub, videoçarxlar təqdim
edilib.

Çıxış edənlər şəhidlərimizin şərəfli ömür və döyüş yolundan,
ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri
şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan
Ordusunun qazandığı qələbədən, bu zəfərin tarixi əhəmiyyətindən
danışıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və
qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə
Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin
rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım tədbirlərində şəhidlərimizə həsr olunan şeirlər, Həzi
Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri
tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər
səsləndirilib.

Leave A Reply

Your email address will not be published.