Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib VİDEO

0 2

Bakı, 19 iyun, AZƏRTAC

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım tədbirləri keçirilib. Vətən müharibəsi şəhidləri Elvin Şükürlü, Sadiq Nəcəfli və Namaz Allahverdiyevin xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan Vətən müharibəsindən, şəhidlərimizin şərəfli ömür və döyüş yolundan bəhs olunub, videoçarxlar təqdim edilib.

Çıxış edənlər şəhidlərimizin şərəfli ömür və döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbədən, bu Zəfərin tarixi əhəmiyyətindən danışıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım tədbirlərində şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.

AZERTAG.AZ :Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib VİDEO

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.