Bakı. Trend:
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və
Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti,
gündüz 30-34° isti, Bakıda gecə 20-22° isti, gündüz 31-33° isti
olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi
rütubət 50-60 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu şimal
çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh,
Zuğulbada 23-24°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil,
Şıxda 24-25° isti olacaq.
İyunun 20-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz
olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı,
yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti,
dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.