Sahibə Qafarova sabah Türkiyəyə gedəcək

0 2

Bakı. Trend:

İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı
ilə parlament nümayəndə heyəti “Parlamentlər, Miqrasiya və
Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və
milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək konfransda
iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Milli Məclisdən Trend
verilən məlumata görə, tədbir Parlamentlərarası İttifaqın və
Türkiyə Böyük Millət Məclisinin birgə təşkilatçılığı ilə
keçirilir.

Milli Məclisin sədri konfransda çıxış edəcək. Tədbirdə Milli
Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər
rəsmi şəxslər iştirak edəcəklər.

Leave A Reply

Your email address will not be published.