Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib

0 5

Bakı. Trend:

İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı
ilə parlament nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə işgüzar
səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, spiker Sahibə Qafarova burada “Parlamentlər,
Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq
əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək
Qlobal Parlament Konfransında iştirak edəcək.

İstanbul Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət
Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım,
ölkəmizin Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov,
Azərbaycanın İstanbul şəhərində baş konsulu Nərminə Mustafayeva və
digər rəsmi şəxslər qarşılayıblar.

Səfər iyunun 21-də başa çatacaq.

Leave A Reply

Your email address will not be published.