Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib

0 5

Bakı. Trend:

İyunun 15-17-də Azərbaycan Respublikası Baş nazirinin müavini
Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti 25-ci
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək
məqsədilə Rusiyaya səfər edib.

Trend-in
məlumatına görə, nümayəndə heyəti İqtisadiyyat Nazirliyinin,
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Kənd Təsərrüfatı
Nazirliyinin, Dövlət Ehtiyatları Agentliyinin, Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin və digər qurumların səlahiyyətli
nümayəndələrindən ibarətdir.

Səfər çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədrinin
birinci müavini Andrey Belousov, Hökumətin sədrinin müavini Aleksey
Overçuk, Rusiya Federasiyası Prezidentinin köməkçisi Maksim
Oreşkin, sənaye və ticarət naziri Dmitri Manturov, Sankt-Peterburq
şəhər Administrasiyasının Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni
Qriqoryev ilə görüşlər keçirilib.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti, həmçinin 25-ci
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında
iştirak edib.

Nümayəndə heyəti forumun işi və tədbir çərçivəsində müxtəlif
pavilyonlar ilə tanış olub, habelə bir sıra digər görüşlər
keçirib.

Leave A Reply

Your email address will not be published.