Sevindiricidir ki, Azərbaycan Qarabağda ekoloji dayanıqlı layihələrə investisiya qoyur — Danimarkalı səyyah

0 2

Zəngilan. Trend:

Sevindiricidir ki, Azərbaycan Qarabağda ekoloji dayanıqlı
layihələrə investisiya qoyur.

Bunu Trend-ə danimarkalı səyahətçi Matte Mikkelsen
bir qrup beynəlxalq səyahətçinin Qarabağa səfəri zamanı deyib.

«Ağıllı kənd» konsepsiyası təkcə «ağıllı» layihələrə deyil, həm
də ekoloji dayanıqlı layihələrə investisiyalar baxımından kifayət
qədər maraq kəsb edir», — deyə o bildirib.

Qeyd edək ki, bir qrup beynəlxalq səyahətçi erməni işğalından
azad edilmiş Zəngilanın Ağalı “ağıllı kəndi”ndə olub. 10 ölkədən 24
səyahətçi və blogerdən ibarət qrup Ağalı kəndində “ağıllı həllər”lə
tanış olublar.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.