Slovakiya hava məkanının mühafizəsi üçün Çexiyaya müraciət edib

0 3

Bakı. Trend:

Slovakiyanın müdafiə naziri Yaroslav Nad, şənbə günü Praqaya
səfəri zamanı, ölkəsinin hava məkanının qorunması ilə bağlı növbəti
iki il ərzində kömək göstərilməsi ilə bağlı Çexiyaya müraciət
edib.

Trend xəbər
verir ki, bu barədə «ČTK» agentliyi məlumat yayıb.

Slovakiya 4 il əvvəl ABŞ-dan 14 ədəd F-16 qırıcısı sifariş edib.
İlk təyyarə bu il alınmalı idi, lakin onların istehsalı üçün lazım
olan elektron komponentlərin olmaması səbəbindən tədarüklər iki il
gecikdi.

Bununla əlaqədar, Bratislava Çexiyaya, daha əvvəl isə Polşaya
müraciət edərək, Slovakiyanın hava məkanının bu ölkələrin
hərbi-hava qüvvələrinin qırıcıları tərəfindən müvəqqəti
mühafizəsini təmin etmək xahişi ilə müraciət edib. Varşavanın artıq
ilkin razılıq verdiyi bildirilir.

Leave A Reply

Your email address will not be published.