“SpaceX” alman hərbi peykini uğurla orbitə çıxarıb

0 2

Bakı. Trend:

ABŞ-ın “SpaceX” alman ordusunun ehtiyacları üçün kəşfiyyat peyki
ilə birlikdə Falcon-9 daşıyıcı raketinin buraxılışını həyata
keçirib.

Trend xəbər
verir ki, raketin buraxılışı yerli vaxtla 07:19-da baş tutub.

Buraxılışdan səkkiz dəqiqə sonra daşıyıcının birinci pilləsi
avtomatik olaraq kosmodromda yerləşən sahəyə enib. “Falcon-9”-un
birinci pilləsi daha əvvəl SpaceX-in iki buraxılışında istifadə
olunub.

Xatırladaq ki, “SpaceX”-in orbitə çıxardlğı SARah-1 peyki
“Airbus” şirkəti tərəfindən Alman ordusu üçün hazırlanıb. Gələcəkdə
orbitə daha iki oxşar peyk çıxarılacaq.

Leave A Reply

Your email address will not be published.