Füzuli. Trend:
Şuşanın inkişaf etdirilməsini,yenidən qurulmasını görmək
təsiredici hadisədir.
Trend-in
məlumatına görə, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Seragəldin
jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Şuşa əhəmiyyətli və tarixi bir şəhərdir.
“Şuşanın işğaldan azad edilərək burada bərpa-yenidən qurulma
işlərinin aparılması Azərbaycanın uğurudur. Şuşanın inkişaf
etdirilməsini,yenidən qurulmasını görmək təsiredici hadisədir. Bura
Azərbaycan mədəniyyətin göstəricilərindən biridir. Qlobal Bakı
Forumu iştirakçıları olaraq hal-hazırda burada olmaqdan çox
məmnunuq” -deyə o əlavə edib.