Tbilisidə “Xarıbülbül” mahnısı və rəqsi ifa olunub

0 6

Tbilisi, 19 iyun, AZƏRTAC

Tbilisidə “Perxuli” musiqi festivalı keçirilib. Festivalda Azərbaycanın “Xarıbülbül” mahnısı və rəqsi ifa olunub.

AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycanı Tbilisidə fəaliyyət göstərən “Ceyran” rəqs anamblı təmsil edib.

Ansamblın gənc rəqqasələri müğənni, Azərbaycanın Xalq artisti Azərinin (Anaxanım Tağıyeva) ifa etdiyi “Xarıbülbül” mahnısı əsasında gözəl rəqs nümunəsi nümayiş etdiriblər. Onların rəqsləri alqışlarla qarşılanıb.

Festivalın aparıcısı David Tamaşaşvili AZƏRTAC-a müsahibəsində deyib ki, “Perxuli” qədim gürcü rəqsidir. Bu gün Tbilisinin qədim mərkəzi hesab olunan “Şeytanbazar” ərazisində bu festivalı təşkil etməklə biz musiqi tariximizə nəzər salmaq istədik. Festivalda Gürcüstanda yaşayan milli azlıqların nümayəndələri, eləcə də Litvadan gəlmiş qonaqlar iştirak ediblər. Azərbaycan rəqs qrupunun ifa etdiyi “Xarıbülbül” mahnı və rəqsi tamaşaçılar tərəfindən coşqu və alqışlarla qarşılanıb.

“Azərbaycanlıların mahnı və rəqsi hamının xoşuna gəldi. Azərbaycan rəqsləri həmişə hamının ürəyini oxşayır. Gurultulu alqışlar da məhz bu sevginin göstəricisidir”, – deyə D.Tamaçaşvili vurğulayıb.

Qeyd edək ki, Tbilisidəki 164 saylı məktəbin müəllimi Ceyran Qurbanovanın rəhbərlik etdiyi “Ceyran” rəqs ansamblı paytaxtda və Gürcüstanın bölgələrində Azərbaycan mahnı və rəqslərini uğurla təqdim edir.

 

Xətayi Əzizov

Tbilisi

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.