Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında davam etdirdiyi
«Pəncə Kilid» antiterror əməliyyatında 9 PKK terrorçusu
zərərsizləşdirilib.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin
açıqlamasında deyilir.
Qeyd olunur ki, PKK mənsublarının mövqeləri müəyyən edilərək
zərbə endirilib.
Nazirlik «Pəncə Kilid» antiterror əməliyyatının davam
etdirildiyini bildirib.