Türkiyə Qarabağda turizmin inkişafında Azərbaycana kömək edə bilər

0 2

Bakı. Trend:

Türkiyə Qarabağda turizmin inkişafında Azərbaycana kömək edə
bilər.

Bunu Türkiyə Turizm Klubunun prezidenti Uğur Dəmircan beynəlxalq
səyahətçilərin Qarabağa səfəri ilə bağlı keçirilən mətbuat
konfransında Trend-in sualına cavab olaraq bildirib.

«Əminəm ki, Türkiyə Qarabağda müxtəlif iri turizm layihələrinin
inkişafına kömək edə bilər. Xalqlarımızın yaxınlığı Azərbaycan və
Türkiyə arasında turizmin inkişafına daha da töhfə verər», — o,
qeyd edib.

U. Dəmircanın sözlərinə görə, Zəngəzur dəhlizinin açılması
Türkiyə ilə Azərbaycan arasında turist axınını daha da
artıracaq.

O, Qarabağda erməni vandalizminin dəhşətə gətirdiyini də
vurğulayıb. Eyni zamanda o, Azərbaycanın həyata keçirdiyi bərpa
işlərinin sürətinə heyran olduğunu bildirib.

Xatırladaq ki, dünyanın 10 ölkəsindən 24 beynəlxalq səyahətçidən
ibarət qrup Qarabağ şəhərlərinə üç günlük səyahət edib. Qonaqlar
Xocavənd rayonundakı Azıx mağarasında, Şuşada, Ağdamda, Kəlbəcərdə,
Laçında olub, səyahətlərini Zəngilanda başa vurublar.

Leave A Reply

Your email address will not be published.