Türkiyə Qazaxıstana hazır geyim ixracatını 30 faizdən çox artırıb

0 2

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Qazaxıstana hazır
geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 34,8 faiz
azaldaraq 85,2 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat
verilib.

May ayında Türkiyə Qazaxıstana hazır geyim ixracatını 2021-ci
ilin eyni ayı ilə müqayisədə 17,6 faiz azaldaraq 15,95 milyon
dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyənin
hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz
artaraq 8,8 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,3 milyard dollar məbləğində hazır
geyim ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 3 faiz
çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə
21,4 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Leave A Reply

Your email address will not be published.