Bakı. Trend:
Türkiyə silahlı qüvvələri İraqın şimalında PKK terror
təşkilatının 9 silahlısını zərərsizləşdirib.
Trend xəbər
verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat
yayıb.
Qeyd olunur ki, Türkiyə ordusunun mənsubları «Pençe-Kilit»
əməliyyatını uğurla davam etdirirlər.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü
ildən minlərlə Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki
şəxs öldürülüb.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına
salıb.