Türkiyə və İsrail prezidentləri terrorla mübarizəni müzakirə ediblər

0 2

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İshaq
Hersoq ilə telefon danışığı aparıb.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının
Komunikasiya İdarəsindən bildiriblər.

Danışıqlar zamanı dövlət başçıları regional məsələlər, o
cümlədən terrorizmlə mübarizə və təhlükəsizlik üzrə dialoqun davam
etdirilməsi, həmçinin sülh və sabitlik naminə əməkdaşlığın davam
etdirilməsi barədə razılığa gəliblər.

Tərəflər ikitərəfli Türkiyə-İsrail münasibətlərinin vəziyyətini
və regional məsələləri müzakirə ediblər.

İsrail prezidenti Ankaranın terrorla mübarizədə göstərdiyi
səylərə görə türkiyəli həmkarına təşəkkür edib.

Leave A Reply

Your email address will not be published.