Bakı. Trend:
Rusiya ilə növbəti əsir mübadiləsi nəticəsində 5 nəfər Ukraynaya
qayıdıb.
Trend
«Ukrinform»a istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə
Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
«Bu gün Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahı 5-in 5-ə
formuluna uyğun olaraq növbəti mübadilə həyata keçirib. Ukraynanın
5 vətəndaşı vətənə qayıdıb», — məlumatda deyilir.
Baş idarə bildirir ki, onlardan dörd nəfəri Kiyev vilayətində
gedən döyüşlər zamanı əsir götürülüb.
Qurum həmçinin bir nəfərin cəsədinin qaytarıldığını
bildirib.