Vilyam Hacıyevin məkəməsində baş mühasibin qeyd dəftəri də sənədlər siyahısına salınıb

0 4

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam
etdirilib.

V. Hacıyevin vəkili ittiham tərəfinin sübut hesab etdiyi
sənədlərin məhkəmədə elan olunmasını istəyib.

Prosesdə iş üzrə baxış protokolları ilə yanaşı İmişli rayon icra
hakimiyyətinin baş mühasibi Cəmil Musayevin qeyd dəftəri də elan
edilib. Qeyd dəftərində vətəndaşlardan alınan məbləğlər öz əksini
tapıb.

Baş mühasibin qeyd dəftərinin məhkəmədə rəsmi sənəd kimi qəbul
olunmasına etiraz edən vəkil bildirib ki, C.Musayev vəzifəli şəxs
olub, onun kiminləsə əlaqəsinin müdafiə etdiyi şəxsə heç bir
aidiyyatı yoxdur.

“2017-ci ildən etibarən özü qeydlər aparıb. Onun təqdim etdiyi
qeyd dəftəri rəsmi sənəd ola bilməz. Sənədin altında möhür, imza
olur. Düzgün adam idisə, qanunsuz işlər aparılması ilə bağlı
vaxtında hüquq mühafizə orqanlarına müraciət edərdi. İstintaq
orqanı bu adam haqqında tədbir görmür”,- vəkil bildirib.

Vəkil bildirib ki, baş mühasib pulları özü alıb və bundan Vilyam
Hacıyevin xəbəri yoxdur: ”Bu adamın evində axtarış aparılmayıb,
pulları hara qoyması araşdırılmayıb”.

Proses iyunun 20-də davam edəcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli
miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə
saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə
ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Leave A Reply

Your email address will not be published.