Vüqar Süleymanov: Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub

0 2

Şuşa, 19 iyun, AZƏRTAC

Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinə başlanılıb. Ötən ilin yanvar ayında Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. Ötən müddət ərzində bu sahədə işlər görülüb. Digər minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 20 min hektardan artıq ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu sözləri IX Qlobal Bakı Forumu çərçivəsində Şuşada təşkil edilmiş panel iclasda iştirak edən Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov AZƏRTAC-a açıqlamasında söyləyib.

İşğaldan azad olunan ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışan Vüqar Süleymanov deyib: “Bu il də fəaliyyətimiz davam edir. Ötən ilin sonunda təsdiq olunmuş tədbirlər planına əsasən, cari ildə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ümumilikdə 40 min hektar ərazinin təmizlənməsi nəzərdə tutulub”.

Beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiklərini diqqətə çatdıran Agentliyinin İdarə Heyətinin sədri əlavə edib: Azərbaycanda bir neçə xarici şirkət fəaliyyət göstərir. Biz yeni texnologiyaları cəlb etmişik. Bu, havadan ərazilərin öyrənilməsi və qiymətləndirilməsi texnologiyasıdır. Hansı ki, bir neçə cihaz tərəfindən yığılan məlumatlar süni intellekt tərəfindən emal olunur və sahələr barədə bizə məlumat verilir. Bu, işimizin düzgün planlaşdırılması və sürətinin artırılması üçün çox önəmlidir”.

AZERTAG.AZ :Vüqar Süleymanov: Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.