YARAT Müasir İncəsənət Məkanı Muzey gününü qeyd edib (FOTO)

0 5

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı Muzey gününü maraqlı və zəngin
proqramla qeyd edib.

Trend-in
məlumatına görə, iyunun 4-də bütün gün ərzində YARAT Mərkəzinin,
XX-XXI əsrlər Azərbaycan rəngkarlığı muzeyinin binaları, eləcə də
bulvarın onlaraa bitişik ərazisi yaradıcı insanların tribunasına
çevrildi.

YARAT Müasir İncəsənət Məkanı qonaqlar üçün ustad dərsləri,
mühazirələr, tamaşalar, yoqa və meditasiya dərsləri, eləcə də açıq
havada geniş konsertdən ibarət çox geniş proqram hazırlayıb.

YARAT-ın Təhsill layihələri departamentinin rəhbəri Ruqiyyə
Salmanova Trend-ə bildirib ki, müxtəlif yaşda olan insanlar
tədbirdə iştirak etməklə özləri üçün fərqli sahələr üzrə
məşğuliyyətlər tapıb.

“Tədbirlərimiz səhər saat 9-da başlayıb, gecə 12-dək davam edib.
Bu tədbirlər müxtəlif yaş kateqoriyalarından olan geniş auditoriya
– həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Gün ərzində
müxtəlif seminarlar, müzakirələr, konsertlər və digər tədbirlər
keçirdik. Tədbirlər arasında, öncədən qeydiyyat tələb olunanlar
tədbirlərlə yanaşı, sərbəst keçid olanlar da az deyildi.
Ümumiyyətlə, gün ərzində 20-yə yaxın tədbir keçirildi”, – deyə o
bildirib.

Muzey gününün proqramı qonaqların böyük marağına səbəb olub.
Bütün dərslər və ustad dərsləri iştirakçılar üçün maraqlı və son
dərəcə məlumatlı keçivb. Ustad dərslərinə rəhbərlik edən qonaqlar
və müəllimlər YARAT-ın təşəbbüsünü yüksək qiymətləndiriblər.

Tədbir çərçivəsində həm gənclərin, həm də yaşlı nəslin
nümayəndələrinin qatıldığı güllərdən istifadə olunmaqla ikebana
üslubunda kompozisiya qurma üzrə ustad dərsi keçirilib. Ustad
dərsini Azərbaycanda tanınmış çiçəkçi Yaşar Qasımlı keçirib. Eyni
zamanda Beynəlxalq Şokolad Akademiyasında (İsveçrə) Azərbaycandan
olan səfir Rəna Alkanın şokolad sənəti üzrə ustad dərsi də böyük
marağa səbəb olub.

“Kölgələr teatrı” adlı ustad dərsi təkcə uşaqlar arasında deyil,
həm də onların valideynləri arasında böyük maraq doğurub. Böyüklər
öz övladlarına kağızdan personajların fiqurlarını kəsməkdə və kölgə
teatrının sehrini yaratmaqda məmnuniyyətlə kömək edirdilər.

Qeyd edək ki, Muzey gününün proqramına ustad dərsləri – Könül
Kərimova ilə art-meditasiya; Leyla Qabulova ilə kölgə teatrı; Azər
Məmmədli ilə qraffiti və fosfor sənəti; ikebana; şokolad sənəti;
Nərgiz Osmanovanın rəhbərliyi ilə zumba; Ramina Boçarova ilə
dulusçuluq; Müşfiq Heydərovla relyef heykəltəraşlığı. Bundan başqa,
vizual sənət kimi fotoqrafiya mövzusunda panel müzakirəsi ;
“Tet-a-tet orkestr: Həssas nağıllar” performansı; teatrlaşdırılmış
tamaşa; “Muzeydə gecə” teatr performansı; Nərgiz Cəlilova və Ceyhun
Əli ilə ünsiyyət; açıq havada konsert; Telman İbrahimovun
mühazirəsi və digər tədbirlər daxil olub.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.