Yaxın günlərdə gözlənilən hava əsasən yağmursuz olacaq

0 2

Bakı, 19 iyun, AZƏRTAC

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək, iyunun 22-si axşam, həmçinin iyunun 23-də arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 30-34°, Aran rayonlarında 33-38°, dağlıq rayonlarda 20-24° isti olacaq.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.