Yurdçu kəndinin “Qələbə” komandası rayon mərhələsində birinci olub

0 4

Kəngərli, 20 iyun, AZƏRTAC

Muxtar respublikada “Gənclərin teatr dünyası” müsabiqəsinin ilk mərhələsi çərçivəsində Kəngərli rayonu üzrə tamaşalar izlənilib, qiymətləndirmə aparılaraq qalib müəyyənləşdirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 4 komandanın mübarizə apardığı rayon mərhələsində Yurdçu kəndinin “Qələbə” komandası birinci yerə layiq görülüb, növbəti mərhələdə iştirak hüququ əldə edib.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət nazirlikləri tərəfindən birgə təşkil olunan müsabiqə gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələri üçün şərait yaratmaq və həvəskar aktyorlar arasından istedadlıları üzə çıxarmaq məqsədilə keçirilir.

İki mərhələdən ibarət müsabiqənin şərtlərinə əsasən komandalar 14-29 yaşlı gənclərdən təşkil olunub. Tamaşa üçün maksimum 15 iştirakçı həddi müəyyənləşdirilib və onların arasında peşəkar aktyorların olmasına şərait yaradılıb. Qiymətləndirmə təqdim edilən tamaşanın aktyor ifası, rejissor şərhi, musiqi tərtibatı və ifaçıların səhnə mədəniyyəti meyarları üzrə aparılır.

Qeyd edək ki, iyunun 21-22-də ilk mərhələnin birinciləri yarımfinal və final mərhələsi üçün tamaşalarını nümayiş etdirəcəklər. İyunun 25-də ilk üçlükdəki komandaların adları açıqlanacaq və onlar təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.

AZERTAG.AZ :Yurdçu kəndinin “Qələbə” komandası rayon mərhələsində birinci olub

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.